Uşaqların hərəkətsiz oyunlara üstünlük verməsi şəkərli diabetə səbəb olur.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Babək Salek deyir ki, hazırda ölkədə 242 minə yaxın şəkərli diabet xəstəsi var. Onların arasında uşaqlar da var.
Direktor müavini qeyd edib ki, şəkərli diabetin yaranma səbəbləri müxtəlifdir. Uşaqlarda isə əsasən hərəkətsiz oyunlardan istifadə nəticəsində yaranır.
Bununla yanaşı siqaret və alkoqollu içkilərdən istifadə də şəkərli diabetin yaranması ilə nəticələnə bilir. Babək Salek qeyd edib ki, hazırda paytaxtda qanın tərkibindəki qlükolizə olunmuş hemoqlobinin ölçülməsi üsulundan istifadə edilir. Bu, 3 ay müddətində qanda şəkərin hansı səviyyədə olduğunu göstərir.
Yaxın vaxtlarda bu üsuldan bölgələrdə də istifadə ediləcək.