Qadin.NET / Qız kilidli, kameralı alt paltarı ixtira etdi-FOTO

Qız kilidli, kameralı alt paltarı ixtira etdi-FOTO

Qız kilidli, kameralı alt paltarı ixtira etdi-FOTO


Hindistanlı qız qəribə ixtirası ilə təəccübləndirib.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, Seenu Kumari adlı yeniyetmə təcavüzlərin qarşını almaq, təcavüzkara mane olmaq üçün üzərində GPS, kamera və qıfıl olan alt paltarı ixtira edib.

O bildirib ki, GPS sayəsində qadının harada olduğunu bilmək, kamera vasitəsi ilə isə təcavüzkarın üzünü çəkmək mümkündür.

Hindistanın Uttar Pradeş vilayətində kasıb ailəsində doğulan Seenu bu ixtirasına 67 dollar qiymət qoyub. Onun dediyinə görə çəhrayı rəngdə olan alt paltarını bıçaqla yırtmaq da mümkün deyil.

"Bunun üzərinə ağıllı kilid qoymuşam. Əgər siz parolu bilməsəniz, kilid açılmır. Kodu bilməyən soyundura bilməz. Həmçinin alt palarının üzərindəki GPS sizin harada olduğunuzu müyyən edir. Əgər sizi kimsə narahat etsə, bu zaman sizin yaxınlarınıza və polisə bu barədə məlumat daxil olur. Polislər GPS sayəsində sizin məkanı tapıb, təcavüzün qarşısını alırlar.

Bunu hər zaman geyinməyə ehtiyac yoxdur. Sadəcə, tək səfərə çıxan zaman və təhlükəli yerlərə getdiyinizdə geyinmək olar".

Qeyd edək ki, Uttar Pradeş vilayətində qadınlara, qızlara qarşı təcavüz halları son zamanlar çoxalıb.


Qız kilidli, kameralı alt paltarı ixtira etdi-FOTO


10 yanvar 2018
GO BACK