Qadin.NET / Dünyanın ən gözəl, ən sürətli döyüşçüsü - FOTO

Dünyanın ən gözəl, ən sürətli döyüşçüsü - FOTO

Dünyanın ən gözəl, ən sürətli döyüşçüsü  - FOTO


Çinin Şanxay şəhərində yaşayan Ye Yonsyan belə deyir.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 31 yaşlı Yen taysziysyuan döyüş sənətinin "yan" stili ilə məşğul olur.

157 sm-lik boyu olan Yen zərif, incə xanımdır. Bununla belə o, dünya səviyyəli kunq-fu və tay-çi döyüşçüsüdür. O, hər gün qılınclarla, bıçaqlarla, xəncərlərlə, nizələrlə məşq edir.

Yen dünyanın ən sürətli kunq-fu və taysziysyuan qadın döyüşçüsü sayılır.

Əslən Taylanddan olan və Şanxayda yaşayan Yen indi Çinlə bahəm, Cənub-Şərqi Asiya ölkələrində sosial şəbəkələrin ulduzuna çevrilib.

O, model kimi reklam fotosessiyalarına da çəkilir.

"Taysziysyuanı gənclər arasında daha da populyar etmək istəyirəm", - deyən Yenin anası da döyüş sənətlərinin bilicisi olub.

Yen gülərək söyləyir: "Hərdən mənə belə gəlir ki, anamın bətnində olanda tayszi ilə məşğul olmağa başlamışam. Anam 5-ci nəsil "yan" döyüşçüsü və ustasıdır: onun ulu babaları da döyüşçü olublar. Anam tayszinin sirlərini anasından, nənəmdən öyrənib".

Yenin anası, 62 yaşlı Çen Tilin tayszisyuanı 14 yaşı olanda öyrənməyə başlayıb.

Dünyanın ən gözəl, ən sürətli döyüşçüsü  - FOTO

Dünyanın ən gözəl, ən sürətli döyüşçüsü  - FOTO


9 yanvar 2018
GO BACK