Qadin.NET / Payızda əkib, qışda satırlar - Qarpız 3, yemiş isə 4 manata təklif edilir

Payızda əkib, qışda satırlar - Qarpız 3, yemiş isə 4 manata təklif edilir

Payızda əkib, qışda satırlar - Qarpız 3, yemiş isə 4 manata təklif edilir


Mövsümü olmasa da, yol kənarlarında qarpız və yemiş satılır.

Qadin.Net Milli.Az-a istinadən  bildirir ki, söhbət Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsindən gedir. Satıcılar deyir ki, bu bostan bitkilərinə qış mövsümündə də tələbat var.

Həm qarpızı, həm də yemişi qışa saxlamaq üçün xüsusi yerlər lazımdır. Satışda olan qarpız-yemiş gec yetişən məhsullardandır.

Alıcılar isə qarpız-yemişin dadının indi də yaxşı olduğunu deyir. Aylardır qalmasına baxmayraq heç bir dəyişiklik yoxdur.

Qarpızın bir kiloqramı 2-3 manat, yemiş isə 3-4 manatdan təklif edilir. /xezerxeber.az

9 yanvar 2018
GO BACK