Qadin.NET / Dünyanın ən bahalı dərmanları - 1 MİLYONLUQ preparat - FOTO

Dünyanın ən bahalı dərmanları - 1 MİLYONLUQ preparat - FOTO

Dünyanın ən bahalı dərmanları - 1 MİLYONLUQ preparat - FOTO


İnsanlar bəzən tutulduqları xəstəliklərdən sağalmaq üçün sərvət xərcləyirlər. Bunun üçün dünyanın ən bahalı dərmanlarını belə alanlar var. Dünyanın ən bahalı dərmanları deyəndə isə 100-200-300 dollar yox, nə az, nə çox 1 milyon dəyərində belə olan preparatlar nəzərdə tutulur.
 
Qadin.Net Milli.Az  -a istinadən dünyanın ən bahalı dərmanlarının siyahısını və qiymətlərini təqdim edir:
 
Hollandiyanın dərman şirkəti olan UniQureunun istehsal etdiyi Glybera adlı dərman isə 1 milyon dollarlıq qiyməti ilə dünyanın ən bahalı dərmanıdır. Avropa Dərman Agentliyi yətəfindən təsdiqlənib. Tərkibindəki Lipoprotein lipaza (lpl) fermenti, bədəndəki yağ hüceyrələri tərəfindən yağ anbarının yaranmasına kömək edir. Gözlənilənləri qarşılamadığı üçün satışdan çıxarılıb.

Amerikada Spark Therapeutics adlı dərman şirkətinin korluğun müalicəsi üçün təqdim etdiyi Luxturna adlı dərman xəstələrə 850 min dollara satılır. Firma ABŞ Qida və Dərman İdarəsi tərəfindən təsdiq olunan ilk genetik terapiya xüsusiyyətini daşıyır.

Dünyanın ən bahalı dərmanları - 1 MİLYONLUQ preparat - FOTO

Bahalı dərmanların siyahısı  bununla yekunlaşmır.

Biogen və İonis Pharmaceuticals tərəfindən istehsaldan çıxan Spinraza adlı dərmanın qiyməti də eşidənləri şoka salır. Spinal Müsküler Atrofi adlı genetik xəstəliyi yaxşılaşdıran və mütəmadi olaraq  istifadə edilməsi tövsiyə edilən dərmanın tək dozu 125 min dollardır.

Amerikada Alexion Pharmaceuticals firmasının satışa çıxardığı Soliris dərmanı 750 min dollara satılır. ABŞ və Avropa tərəfindən təsdiq olunub. Nadir görünən böyrək xəstəliyini yaxşılaşdırır.

İsveçrəli dərman şirkəti Novartisin satışa çıxartdığı Kymriah adlı qan xərçənginin müalicəsində istifadə edilən dərmanın qiyməti isə 475 min dollardır. Uşaqlarda və gənclərdə qan xərçəngini gen terapiyası ilə sağaldan tək istifadəlik Kymriah, dünyanın ən bahalı dərmanlarındandır. Novartis xəstənin bir ayda müalicəyə reaksiya verməməsi nəticəsində dərmanının satışını dayandırıb.

8 yanvar 2018
GO BACK