Dünyada ən çox əməliyyat etdirən şəxslərdən biri kimi tanınan London sakini Rodriqo Alvesin 10 il əvvəlki fotoları yayılıb.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, "Canlı Ken" ("Human Ken Doll") ləqəbi ilə məşhur olan 33 yaşlı Rodriqonun arxiv fotoları görənləri təəccübləndirib.
Həmin şəkillərdə 23 yaşı olan Alves indiki görünüşü almaq üçün 1 milyon dollardan çox pul xərcləyib.
Belə ki, o, 167 dəfə əməliyyat keçirərək nəinki üzünün, bütün bədəninin formasını dəyişdirib.
Hazırda İnstaqramda 20 mindən çox izləyicisi olan R.Alvesin fotolarını təqdim edirik.