Qadin.NET / İnstaqram-ın funksiyası WhatsApp-a gəlir - FOTO

İnstaqram-ın funksiyası WhatsApp-a gəlir - FOTO

İnstaqram-ın funksiyası WhatsApp-a gəlir - FOTO


"Facebook" şirkəti "Hekayələr" özəlliyini sahib olduğu üç sosial şəbəkədə də istifadə etmək niyyətindədir.

Milli.Az technote-yə istinadən xəbər verir ki, hazırda bu funksiya "WhatsApp"da sınaqdan keçirilir.

Bu funksiya sayəsində "Instagram"da paylaşılmış hekayələri birbaşa "WhatsApp" statusunda yerləşdirmək olacaq.

 

Təqdim olunmuş fotoda "Hekayələr" bölməsinin aşağı sol hissəsində yeni özəllik qeyd olunub. Beləliklə, istifadəçilər "Instagram"da hekayə yaradandan sonra onu "Facebook", "Messenger" və "WhatsApp"da paylaşa biləcəklər.

6 yanvar 2018
GO BACK