İllərdir ifrat arıqlama problemi ilə gündəmə gələn aktrisa Tara Reid son görüntüsü ilə hər kəsi qorxudub.
Qadin.Net Milli.Az -a istinadən məlumatına görə, 42 yaşlı aktrisa Meksikanın Tulum ərazisində çimrəlikdə dostları ilə istirahət edərkən görüntülənib.
Onun qarın və baldırlarında dərinin büzüşərək pis forma alması paparassilərin obyektivindən yayınmayıb.
Taranın ideal bədən formasından tez düşməsi onun uğursuz əməliyyatları ilə əlaqələndirilir.
Qeyd edək ki, uşaqlıqdan kamera qarşısında olan aktrisa "The Big Lebowski" ("Böyük Lebovski") və "Amerikan piroqu" ("American Pie") filmləri ilə məşhurlaşıb. O, son dövrlər arıqlığa və plastik əməliyyatlara həddindən artıq meyl etməsi ilə gündəmə gəlir. Çox arıqlayan aktrisa gənc qızlara pis örnək olduğu üçün hər zaman tənqid olunub.