Azərbaycanlı məşhurlar sahibsiz küçə heyvanlarının qorunması ilə bağlı sosial çarxda çəkilib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, yazıçı Çingiz Abdullayev, bəstəkar Aygün Səmədzadə, millət vəkili Qənirə Paşayeva, məşhur pianoçu İsfar Sarabski, müğənni Elnur Hüseynov, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Nura Suri, Murad Airf, aparıcı Tural Əsədov, Hüsniyə Məhərrəmova, Xalq artisti Faiq Ağayeva, ilahiyyatçı Hacı Şahin və başqaları hər kəsi heyvanlara qayğı göstərməyə səsləyib.
Layihənin əsas məqsədi insanları heyvanlara, xüsusilə də küçə itlərinə qarşı mərhəmətli olmağa və onlara kömək etməyə çağırışdır.
Çarx Lider Tv-nin dəstəyi ilə çəkilib. İdeya müəllifi və layihənin rəhbəri Lider kanalının direktoru Ədalət Əliyevin xanımı Nailə Əliyevadır.