Aktyor Kıvanç Tatlıtuğ stilist xanımı Dizer Başakla Yeni ili Böyük Britaniyada keçirib.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, istirahətdən fotoları Dizer İnstaqram səhifəsində bu qeydlə paylaşıb:
"Həmişə belə qarşımda, yanımda və arxamda dağ kimi durur. Əlimdən bərk tutduqda qəlbim onun ovucunda döyünür. Məni qucaqlayanda da bərk-bərk qucaqlayır. Onda "sən" yox olur və "biz" yaranır. Bu gün özəl bir gün deyil. Sadəcə özəl olan insan üçün darıxdım. Sevdiklərinizi qucaqlayanda bərk qucaqlayın ki, qəlbinizin döyüntüsünü hiss etsinlər".