Aktyor Rayan Reynolds və aktrisa xanımı Bleyk Lavli Yeni il münasibəti ilə izləyicilərini təbrik ediblər.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, cütlük İnstaqramda gənclik illərində çəkilmiş şəklini paylaşaraq təbrik mesajı yazıb.
Hər ikisinin fotosu izləyicilər tərəfindən bəyənilib. Sevənləri Rayanı saç düzümünə görə Leonardo Di Kaprioyaya bənzədiblər, Bleykə isə əvvəllər olduğu kimi indi də gözəl göründüyünü qeyd ediblər.