Qadin.NET / Füzulinin oğlunun əsərləri tapıldı

Füzulinin oğlunun əsərləri tapıldı

Füzulinin oğlunun əsərləri tapıldı


Məhəmməd Füzulinin oğlu Fəzlinin şeirləri tapılıb.

Azərbaycan Milli Elmlər Akademiyasından Publika.az-a verilən məlumata görə, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında dahi şairimiz Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkarlayıb.

Mənbələrdən verilən məlumata görə, Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb. Lakin şairin divanı bizə gəlib çatmayıb. Müasirləri onun müəmma janrında şeirlər yazdığını, mənzum tarix söylədiyini bildiriblər.

P.Kərimov bildirib ki, Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır.

4 yanvar 2018
GO BACK