Qadin.NET / Ölümlə mübarizə aparan Şumaxerin 4 ildən sonra İLK FOTOSU YAYILDI

Ölümlə mübarizə aparan Şumaxerin 4 ildən sonra İLK FOTOSU YAYILDI

Ölümlə mübarizə aparan Şumaxerin 4 ildən sonra İLK FOTOSU YAYILDI


Ölümlə mücadilə edən məşhur Formula-1 pilotu Mihael Şumaxerin 4 ildən sonra ilk fotosu yayılıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 49 yaşlı yaxını Şumaxeri Cenevrədəki evində ziyarət edib. Xizək sürərkən yıxılaraq başı daşa dəyən və beyin qanamsı keçirən əfsanəvi sürücünü ziyarət edən qohumu onun şəklini çəkərək mətbuata 1 milyon avroya satmaq istəyib.

Xatırladaq ki, alman pilot 2013-cü il dekabrın 30-da İsveçrədə xizək sürərkən başından xəsarət alıb. Komaya düşən məşhur sonradan aparata qoşulu vəziyyətdə həyatda qalıb.

Almaniyada şəkilin Şumaxerə məxsus olması təsdiqlənib. Ancaq qohumunun şəkildən pul qazanmaq arzusu ona baha başa gələ bilər. Belə ki, o, gizliliyi və şəxsi hüququ pozduğuna görə ittiham olunur. Prokurorluq məsələylə bağlı araşdırmaya başlayıb.

Ölümlə mübarizə aparan Şumaxerin 4 ildən sonra İLK FOTOSU YAYILDI


4 yanvar 2018
GO BACK