Qadin.NET / Qartal, dəvə, ilan və digər heyvanlar... - SANKİ CANLIDIRLAR

Qartal, dəvə, ilan və digər heyvanlar... - SANKİ CANLIDIRLAR

Qartal, dəvə, ilan və digər heyvanlar... - SANKİ CANLIDIRLAR


Hazırlıq qrupların hansı ali məktəblərdə təşkil ediləcəyi məlum olub.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, hazırlıq qrupları qəbul planlari kəsirlə yerinə yetirilən, Təhsil müəsissələrində fəaliyyət göstərəcək. artıq bu ilin sentyabrından hazırlıq qruplarının fəaliyyətə başlayacağı gözlənilir.

Məqsəd belə ali təhsil müəssisələrində yaranan boşluğu aradan qaldırmaqdır. Təhsil eksperti Kamran Əsədov deyir ki,hazırlıq qrupları daha çox özəl universitetlərdə təşkil ediləcək. Çünki özəl universitetlərində plan yerləri çox vaxt dolmur.Bununla belə dövlət ali məktəblərində də hazırlıq qruplarının fəaliyyət göstərəcəyi gözlənilir.

Təhsil ekspertininn sözlərinə görə statistikaya əsaslansaq hazırlıq qruplarının təşkil edilməyəcəyi ali məktəbləri də təxmin etmək olar.

Hazırlıq qruplarının təşkil edilməsi üçün qəbul planının tam yerinə yetirilməməsi kifayət deyil. Çünki ali məktəblərin maddi texniki bazası da tələblərə cavab verməlidir.

Hazırlıq qruplarında təhsil almaq pulludur. Hazırlıq qruplarına qəbulla bağlı ali məktəblər öz təkliflərini dövlət imtahan mərkəzinə təqdim edəcək.Hazırlıq qrupunu bitirənlər sonda təhsil aldıqları proqrama uyğun imtahan verəcəklər. İmtahanı isə DİM həyata keçirəcək.

Daha bir maraqlı məqam hazırlıq qruplarında təhsil alacaq oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlıdır. Çünki hazırki qanunvericiliyə əsasən yalnız bakalavr, magistr və doktorantura pilləsində oxuyanlara möhlət hüququ verilir. Hazırlıq qruplarında oxumaq istəyənlərin yaşının 17-18 civarda olduğunu nəzərə alsaq onlara möhlət hüququnun verilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir. Əks halda hazırlıq qruplarında yalnız qızlar təhsil alacaq.

4 yanvar 2018
GO BACK