Nəfəs terapisti Sərdar Oral ilə tanış olduqdan sonra aktrisalıq karyerasına son qoyan Özgü Namalın yeni görüntüləri üzə çıxıb.
Qadin.Net bildirir ki, publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşıyla Köyceğizdəki fermada yaşayan Özgü Namal iki uşağıyla birlikdə Nişantaşına alış-verişə çıxıb. Şəxsi həyatını hər kəsdən gizləyən aktrisa 2 yaşlı oğlu Nəfəs, 1 yaşlı qızı Elem Su və dayələri ilə “Zara”dan geyim alıb.
“Kurtlar vadisi” serialındakı Elif rolu ilə tanınan kino ulduzunun uşaqlarının ingiliscə danışması diqqət çəkib.
Xatırladaq ki, Özgü Namal iki uşağını xəstəxanada deyil, evdə hipnoz üsulu ilə dünyaya gətirmişdi.