Avstraliyanın indi yerləşdiyi quru ərazilərdə 100 milyon il bundan əvvəl dinozavrların 20-yədək növü yaşayıb. Arxeoloqlar tərəfindən bu sürünənlərdən, xüsusən də uzunboyunlu nəhəng zauropodlardan qalan izlər indi də aşkar olunur.
Haçansa rütubətli iqlimi olan, ağaclarla zəngin və kiçik dənizlərlə əhatə olunan Avstraliyanın şimal-şərq hissəsində sonrada güclü istilər meydana gəlib. Bu, həmin ərazilərdəki heyvanları məhv etsə də, onların izləri qalıb. “Journal of Vertebrate Paleontology” nəşrində dərc olunan təhlillərdə arxeoloqlar bu ərazilərdəki izlərin rəngarəngliyi ilə seçildiyini bildirirlər.
Bu izlər arasında biri öz nəhəngliyi ilə diqqəti cəlb edir. Həmin izin 1,5 metr uzunluqda və 22 santimetr dərinlikdə olduğu bildirilir. Kvinslend Universitetindən olan paleontoloq Stiv Solsberi yazır ki, çox nəhəng zauropoda məxsus olan bu iz onların meşə şəraitində yaşadığını deməyə əsas verir.