Qadin.NET / Günün qoroskopu: dostlar və yaxınlarla ünsiyyət müsbət emosiyalar bəxş edəcək

Günün qoroskopu: dostlar və yaxınlarla ünsiyyət müsbət emosiyalar bəxş edəcək

Günün qoroskopu: dostlar və yaxınlarla ünsiyyət müsbət emosiyalar bəxş edəcək


Qoç - günün ilk yarısında yaşamın maddi yönləri xüsusi önəm kəsb edəcək. Qənaətcil davranın, əlavə gəlir mənbələri əldə etməyə çalışın. Ailə dəyərlərini qoruyun. Rasiona fikir verin. Həddən artıq yağlı yeməyin, fastfuddan uzaq durun.

Günün ikinci yarısında dostlar və yaxınlarla ünsiyyət müsbət emosiyalar bəxş edəcək. Maliyyə məsələləri ünsiyyətə mənfi təsir etməməlidir. Borcları qaytarın, kredit ödənişlərini unutmayın.

Buğa - ünvanınıza səslənən ən kiçik iradı yaşam arealınıza müdaxilə cəhdi kimi dəyərləndirməyin. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə alicənab olun. Yardıma ehtiyacı olana kömək edin.

Günün ikinci yarısında texnika və avadanlıqla çalışarkən ehtiyatlı olun. Travma riski var.

Dəyər verdiyiniz insanla söhbət zamanı bu şəxs nöqsanlarınızdan danışmağa başlayanda soyuqqanlı olun. Səbr və təmkində xeyir var. İnadkarlığınız mübahisəyə səbəb olmamalıdır.
 

Əkizlər - illüziyalara qapılmayın, emosiyalarınıza nəzarət edin. Realist və praqmat olun. Yaşanan olayları dürüst qiymətləndirin. Hadisələr əlverişsiz istiqamətdə cərəyan etməyə başlayanda prosesə dərhal müdaxilə edin.

Günün ikinci yarısındam sayıq və ehtiyatlı davranmağı unutmayın. Problemləri həll edərkən bütün xırdalıqları, təfərrüatları nəzərə alın.

Axşam saatları etibarlı işgüzar tərəfdaşlar və köhnə dostlarla görüş üçün əlverişlidir. Uzunmüddətli planlar qurmaq, maliyyə məsələlərini çözmək olar. Onlayn ödənişlərdə sərvaxt olun.
 

Xərçəng - köməkçilər, dostlar və həmfikirlərin dəstəyindən yararlanın. Yaxın ətrafınızdakı insanlar sizi özünə inanan, pozitiv, iradəli insan kimi görməlidir.

İşgüzar görüşlər də pis keçməyəcək. Yeni tərəfdaşlardan biri ilə əməkdaşlıq uzunmüddətli ola bilər.

Dəyər verdiyiniz insanla günün ikinci yarısında təmaslarda həssas və alicənab olun. Ailədəki mühitə fikir verir, qəlb qırmayın, kobud olmayın. Sevdiyiniz insanın qayğısına qalın.

Axşam saatlarında normal istirahət edin.
 

Şir - günün ilk yarısında yaşanan olaylara rəğmən səbrli və təmkinli olun. Sayıq davranın. İşlərinizdə mənasız risklərə qapılmayın. Maliyyə məsələlərində mümkün fəsadları və ya sonucları qiymətləndirəndən sonra düşünülmüş addım atın.

Günün ikinci yarısında maddi durumunuz əhvalınıza təsir edəcək. Dəyər verdiyiniz insanla münasibətlərdə səmimi olun, ikiüzülü və məkrli davranmayın. Ailədəki mühiti dəyərləndirin. Münaqişə və ya mübahisələrə yol verməmək üçün izafi iradların sayını azaldın.

Axşam saatlarında normal istirahət edin.

Qız - sağlam məntiq və müdriklik istənilən problemin öhdəsindən gəlməyə imkan verəcək. Yaranan çətinliklər qarşısında bədbinliyə qapılmayın. Nəyi nə zaman etməyin gərəkdiyini dəqiq müəyyənləşdirin. Məqsədə çatmaq üçün bütün vasitələrdən yararlanmaq, irəliləyiş naminə qurban vermək gərək deyil.

Günün ikinci yarısında gəlirləri spontan şəkildə artırmaq əvəzinə mövcud səviyyəni qorumağa çalışın.

Məişət qayğılarının çözüm variantlarını ailə üzvləri ilə müzakirə edin. Alış-verişdə simiclik yolverilməzdir: sizi sevən insanlara hədiyyə alın. Ailə üzvlərindən biri üçün gərəkli əşyanı almaqdan çəkinməyin.

Tərəzi - cari məsələlərlə məşğul olun, kiçik problemlərin həllini günün ilk yarısında başa vurun. Məişət qayğılarının öhdəsindən gəlin. Köhnə və ya gərəksiz əşyalardan qurtulun. Enerji potensialınızın səviyyəsi yüksək deyil. Gündəlik işlərdən savayı genişmiqyaslı layihəyə başlamaq üçün münasib zaman deyil.

Günün ikinci yarısında rasionunuza fikir verin. Yağlı, kalorili yemək yeməyin. Dəyər verdiyiniz insanı şam yeməyinə dəvət edə bilərsiniz. Yarımçıq işləri başa vurun, süst və apatik olmayın.

Əqrəb - yaxın ətrafınızdakı insanlardan fiziki, habelə mənəvi baxımdan uzaq durmağa çalışacaqsınız. Bir qədər tənha qalıb təkbaşına, müstəqil işləmək istəyəcəksiniz. İnsanların gur olduğu yerə yollanmayın. Ünsiyyətin gərəkmədiyi işlərdə irəliləyə bilərsiniz.

Günün ikinci yarısında səbrli və soyuqqanlı olun. Kiçik problemləri böyük faciəyə çevirməyin. Yaşananları anlamla qarşılayın, hadisələrin fəal iştirakçısı olun.

Ailə həyatında "barometr"ə çevrilə bilərsiniz. Münasibətlərinizə dəyər verin. Sevdiyiniz insanla təmaslarda harmoniya yaratsanız, axşam saatlarında asudə vaxtınızı şən keçirəcəksiniz.

Oxatan - yalan məlumat və ya yanlış xəbərin alınması istisna deyil. Gərginlik, nigaranlıq istisna deyil. Qəti qərar verməyə tələsməyin. Situasiyanın incəliklərindən hali olun, təfərrüatlar barədə mümkün qədər çox məlumat toplayın. Başqalarının uğurlarına paxıllıq etməyin.

Günün ikinci yarısında bilik və bacarıqlarınızı nümayiş etdirin. Rəqiblərinizi üstələməyə can atın. Dəyər verdiyiniz insanı nailiyyətlərinizlə sevindirin. Qərar qəbul etməzdən əvvəl inandığınız insanlarla məsləhətləşsəniz, fəsadlardan qurtula bilərsiniz.

Axşam saatlarını evdən kənarda keçirin.

Oğlaq - madiyyata aldanmayın. Yaşamda mühüm olan məqamları müəyyənləşdirin. Aktiv olun, ideyalardan birini həyata keçirməyə çalışın. Məqsədə çatmaq üçün sakitliyi, aram işi qurban vermək gərəkdir. Səhhətinizin qeydinə qalın.

İradəli və əzmkar olsanız, nailiyyətlərə sevinəcəksiniz.

Günün ikinci yarısında passiv davranmayın. Başqasının kölgəsində qalaraq yaşananları müşahidə etməyin. Haqsızlıqla barışmayın, qanun çərçivəsində hüquqlarınızı qoruyun. Qonşunun və ya qohumun dediklərini dinləyin, amma tələsik heç nə söyləməyin.

Ailə üzvlərindən birinin problemi var.

Dolça - uzun müddətdən bəri məşğul olduğunuz məsələnin həlli yaxınlaşır. Sayıq olun, əməyinizin bəhrəsindən başqalarının yararlanmasına imkan verməyin. Məsuliyyətlə və əzmlə çalışıbsınızsa, bunu dəyərləndirəcəklər.

Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində, işinizlə bağlı mübahisə, yaxud da münaqişə ola bilər.

Münasibətləri daha dayanıqlı və səbatlı etmək üçün proseslərdən nəticə çıxarmaq gərəkdir. Ailədə rahat şərait, səmimi ortam yaradın. Yaşam arealını nizama salın.

Axşam saatları gəzinti üçün əlverişlidir.
 

Balıqlar - mühüm görüş və ya önəmli danışıqlar üçün əlverişli zaman deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan deyil. Vurnuxma və "atüstü" qərarlar işlərinizdə xoşagəlməz vəziyyət yarada bilər.

Günün ikinci yarısında kiçik problemlərin həlli çox vaxt aparacaq. Saatlar keçdikcə enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Aramla çalışın. Planlı şəkildə hərəkət edin.

Maliyyə məsələlərində ehtiyatlı olun. Alış-verişdə əsla ehtiyac duymadığınız nəsnəni almayın.

Sevdiyiniz insanla mübahisə etməyin.

1 yanvar 2018
GO BACK