Qadin.NET / İlin ən çox qazanan yazıçıları - SİYAHI

İlin ən çox qazanan yazıçıları - SİYAHI

İlin ən çox qazanan yazıçıları - SİYAHI


Amerikanın ən məşhur iqtisadiyyat jurnalı olan "Forbes" 2017-ci il üçün yekun siyahı hazırlayıb.

 Qadin.Net publika.az-a istinadən xəbər verir ki, siyahıda il ərzində ən çox qazanan yazıçıların adları yer alır.

"Harry Potter" kitabının yazarı Roulinq 95 milyon dollarla siyahıya liderlik edir. İlin ən çox gəlir əldə edən yazıçısı bununla artıq 3-cü dəfədir ki Forbes siyahısına əlavə edilir.

İkinci sırada 87 milyon dollar qazancla Ceyms Patterson yer alır.

Siyahının üçüncü pilləsində 21 milyon dollarla Ceff Kinney, dördüncü yerdə 20 milyon dollar gəlirlə Den Braun, beşinci yerdə isə 15 milyon dollarla Stifen Kinq yer alır.


31 dekabr 2017
GO BACK