Müğənni Selena Qomezin bir müddət əvvəl xəstəxanaya düşən anası Mandi Tifi haqda yeni xəbərlər var.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Mandinin halının pisləşməsi heç də Selenanın yenidən Castinlə görüşməsi deyil.
Bu gün məlum olub ki, ifaçı ilə anası arasında soyuqluq Qomezin onu və atalığı Brayan Tifini prodüser kimi yanından uzaqlaşdırmasıdır.
Belə ki, Selenanın sənəti ilə bağlı bütün məsələləri bu günə qədər anası və atalığı həll edirdisə, bundan sonra bu işi başqa biri yerinə yetirəcək. Bu barədə qərarı gənc sənətçi özü verib və bu da Mandiyə çox pis təsir edib.