Eşqləri ilə gündəmdən düşməyən türkiyəli yazar Metin Hara və braziliyalı model Adriana Lima hadqa yeni məlumatlar yayılıb.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, bir neçə gün öncə ayrıldığı deyilən cütlük toya hazırlaşır.
Metin və Adrianaya yaxın mənbənin sözlərinə əsasən, sevgililər 2 aya nikah masasına oturacaqlar.
Xatırladaq ki, Metinlə Adriananın eşq yaşadığı bu il birlikdə çıxdıqları Bodrum tətilindən sonra gündəmə gəlmişdi. Bu sevginin reklam olduğu iddia edilsə də, Adriana ilə Metin bunu inkar edirdilər.
Qeyd edək ki, Limanın ilk nikahından 2 qızı var.