Qadin.NET / İbrahim Tatlısəs yeni albom buraxacaq

İbrahim Tatlısəs yeni albom buraxacaq

İbrahim Tatlısəs yeni albom buraxacaq


Tanınmış türkiyəli müğənni İbrahim Tatlısəs son açıqlaması ilə Türkiyədə hamını heyran qoyub.

Trend-in məlumatına görə, müğənni 2019-cu ildə yeni albom buraxacağını bildirib.

İ.Tatlısəs qeyd edib ki, Allah onu mağaradan çıxararaq saraylara yerləşdirib: "Allah mənə hər şey verdi - villalar, şan-söhrət. Bundan sonra da yoluma davam edəcəyəm".

Qeyd edək ki, İ.Tatlısəs 2011-ci il martın 14-də silahlı hücuma məruz qalmışdı. Müğənni həyatına sui-qəsd zamanı başından ağır güllə yarası almış, assistenti isə çiynindən vurulmuşdu.

2013-cü ilin mart ayında müğənniyə qarşı sui-qəsdin sifarişçisi Abdullah Uçmaka 35 il 6 ay həbs cəzası verilib. Müğənnini güllələyən Ersin Altun isə 28 il azadlıqdan məhrum edilib.

29 dekabr 2017
GO BACK