"10 övladı, 10 oğulu böyütmək asan deyil. Hər gün yeddi dəfə evi tozsoranla təmizləmək məcburiyyətindəyəm".
38 yaşlı tibb bacısı Aleksis Bret hər səhər saat 05,30-da yuxudan ayılır, evdə təmizliyə başlayır.
Qadin.Net bildirir ki, Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Aleksisin sözlərinə görə, gündə 5 dəfə paltaryuyan maşını doldurub boşaldır.
Səbəb? Çox sadə. 38 yaşlı Aleksisin və onun əri, 43 yaşlı Devidin 10 oğulları var.
Həftədə üç dəfə fitnes zalına getməyə vaxt tapan Aleksis gülərək söyləyir: "Evdə 11 kişinin olması əslində, o qədər də pis deyil. Hər gün kimsə mənə çiçək alır. Evdə çiçək qoxusunun olması əladır. Amma döşəməyə səpələnmiş "Lego", hamamda və ya ayaqyolunda "tez-tələsik" olmaq da mənfi cəhətlərdir".
Şotlandiyadakı İverness şəhərində yaşayan Aleksislə Devdin böyük oğullarının 16 yaşı var, sonbeşik isə 7 aylıqdır.
5 yataq otağı olan evin dəhlizində 60 cüt ayaqqabı, otaqlarda isə 5 oyun konsolu var.16 yaşlı Kempbell, 14 yaşlı Harrison, 12 yaşlı Kori, 9 yaşlı Lahlan, 8 yaşlı Brodi, 7 yaşlı Bren, 5 yaşlı Hanter, 3 yaşlı Mak, 2 yaşlı Bleyk və 7 aylıq Rotaqayd qonşuların "Kişi məkanı" adlandırdıqları ailənin övladlarıdır.Devid Bret qatar maşinistidir və yaşamından da razıdır