2018-ci ilin ilk günündə Yer kürəsində 7 444 443 881 əhali yaşayacaq.
Trend-in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Statistika Bürosunun mütəxəssisləri məlumat yayıb.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 78,5 milyon nəfər, yəni 1,07% artım deməkdir. 2050-ci ildə isə dünyada əhalinin sayı 9 milyard nəfər təşkil edəcək.