Müğənni Alişanla eşq yaşayan aktrisa Buse Varol sevgilisinin xəsis olması ilə bağlı dedi-qodulardan danışıb.
Qadin.Net Milli.AZ-a istinadən bildirir ki, aktrisa qaş düzəldən yerdə vurub göz çıxardıb. Belə ki, Buse jurnalistlərin "Alişan, doğrudanmı, simicdir" sualına belə cavab verib:
"Hələ iki aydır, birlikdəyik. Xəsis olub-olmadığını demək üçün hələ tezdir".
Varol daha sonra "Onunla bağlı həmişə yalan məlumatlar yazırlar. Xəsisliyi ilə bağlı ayrılanlar da səhvdir" deyərək vəziyyəti düzəltməyə çalışıb.