44 karton qutu, 15 şüşə butulka, 12 plastik konteyner və kağız-kuğuzla dolu kisələr..
Daq və Culiya Şilds ailəsi Miladdan sonra bu "artıq"ları zibilzanaya aparmaq niyyətindədir.
İngiltərənin Bristol şəhəri yaxınlığındakı Yattonda yaşayan Daq Şildsin dediyinə görə, dükanlarda ərzaq məhsullarının qablaşdırılmasına o qədər kağız və plastik sərf olunur ki, tullantılar elə məhsulun özü ağırlıqda, bəzən isə çox olur.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, yaşları 4-14 arasında olan 4 oğul atası, 49 yaşlı D.Şilds bu qədər tullantıya heyrətləndiyini söyləyib.
"Oğullarımın hər birinə 150 funt-sterlinq məbləğində hədiyyə aldım. Lakin hədiyyələr başa bəla oldu. Karton qutunun içində qutu, o qutunun içində daha bir qutu... Bu qədər tullantı olacağını ağlıma da gətirməzdim", - D.Şilds söyləyib.