İngiltərənin Nyukasl şəhərindən 13 km aralıdakı Taynmut şəhərində dünən, Milad günündə minlərlə ingilis Şimal dənizində çimiblər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünən Taynmutda havanın temperaturu +13 dərəcə idi. Şəhər sakinləri Yeni İl günü qar yağacağına ümid edirlər.
Cənubi Uelsdəki Portsuel, Londondakı Hayd-Parkda və digər məkanlarda da "qış əyləncəsi" olub, yüzlərlə britaniyalı dəniz və çay sularında çimiblər.