"Ürəyinin səsini dinlə" filmiylə məşhurlaşan ABŞ-lı aktrisa Lainie Kazan Los Ancelesdə bir marketdən 180 dollarlıq ərzaq oğurladığı üçün həbs olunub.
Müğənni və aktrisa Lainie Kazanın oğurluq edərkən həbs olunduğu iddiası maqazin gündəminə bomba kimi düşüb.
Milli.Az TMZ-ə istinadən xəbər verir ki, 77 yaşlı ulduz ötən gün getdiyi marketdən 180 dolar civarında alış-verişini ödəmədən aradan çıxamaq istəyib. Məşhur aktrisanın paketlərdə ərzaq gizlətdiyindən şübhələnən səlahiyyətlilər, polisə xəbər veriblər.
Kazan işçilərdən üzr istəyərək pulu olmadığı üçün ödəniş edə bilmədiyini deyib. Oğurluğa görə saxlanılan və qandallanaraq polis idarəsinə aparılan Kazan sərbəst buraxılıb.