Madridin “Real” klubunun ulduzu Kriştiano Ronaldo daha bir xeyriyyə layihəsinə imza atıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, ulduz futbolçu Çilidə uşaq xəstəxanası tikdirir.
O, bu layihəni italiyalı bizneesmen Alisandro Proto ilə birlikdə həyata keçirir. İnşası 2020-ci ildə başa çatacaq xəstəxana Cənubi Amerikada tikiləcək xəstəxana zəncirinin bir halqası olacaq.
Portuqaliyalı ulduz yaşıl meydanda yüksək eqosu və laqeydliyi ilə tanınsa da, meydandan kənarda bir çox xeyriyyə işlərinə imza atır. O, 2010-cu ildə bir uşağın beyin əməliyyatının xərclərini ödəmiş, 2012-ci ildə xərçəng xəstəliyinə tutulan başqa bir uşağın müalicə xərclərini öz üzərinə götürmüşdü.
Futbolçunun qəribə işlərindən biri də 2013-cü il “Qızıl Top” mükafatını satması olmuşdu. O, bu ilin başlanğıcında “Bir arzu tut” vəqfinə öz mükafatını göndərmişdi.
K.Ronaldo eyni zamanda, UNİCEF və “Uşaqları Qorumaq” təşkilatının xoşməramlı elçisidir.