"Əkiz qüllələr"ə hücum, Brexit, İŞİD-in yüksəlişi kimi bir çox önəmli olayı təxmin edən Vanqa adlı məşhur kor qadının 2018-ci il üçün də önəmli təxminləri var.
1996-cı ildə ölən, əslən Bolqarıstandan olan qadın (85) dünyasını dəyişməmişdən öncə 51-ci yüzilliyə qədər bir çox təxminlər vermişdi.
Bu gün Balkan ölkələrinin Nostradamusu kimi xatırlanan Vanqa Çinin 2018-ci ildə super güc olub, bu ünvanı ABŞ-dan təhvil alacağını və Venera planetində yeni bir enerji növünün kəşf ediləcəyi proqnozunu verib.
Bəs bu təxminlər reallaşa bilərmi?
Çin iqtisadiyyatı son illərdə getdikcə inkişaf edir. 1970-ci illərdə dünya iqtisadiyyatının sadəcə 4 faizini təşkil edən bu rəqəm 2015-ci ildə 15,6 faizə yüksəlib. Çin hələ ABŞ-a çata bilməsə də, bu çox yaxında reallaşa bilər.
Venera ilə bağlı isə bu gün hər hansı bir məlumat yoxdur. Bununla yanaşı günəş astrofiziki Euqene Parkerin adını daşıyan və Günəşin xarici strukturunu araşdıran bir missiya 2018-ci ildə həyata keçiriləcək.
Maraq üçün bildirək ki, Vanqa Suriyada böyük müsəlman müharibəsinin olacağını da proqnoz vermişdi. O, 1989-cu ildə ABŞ-da 11 sentyabr 2001-ci ildə baş verən terror haqda da öncədən məlumat vermişdi.
Qeyd edək ki, Vanqanın proqnozları arasında, 2028-ci ildə dünyada aclığın sona çatacağı, 2256-cı ildə Marsda koloniyaların qurulması və 2341-ci ildə planetimizdə yaşayışın dözülməz həddə çatacağı haqda məlumatlar var.