Müğənni Cennifer Lopez sevgilisi Aleks Rodriqez ilə Mayamidə Yeni il üçün alış-veriş edərkən görüntülənib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, cütlük "Dior", "Rolex", "Tom Ford", "Hermes", "Louis Vuitton", "Loro Piana", "Harry Winston" və "Burberry" kimi brend mağazalara girməklə yanaşı, zinət əşyaları ilə də maraqlanıb.
Bildirilir ki, Yeni ildə Aleks Cenniferə evlilik təklifi edəcək.
O ki qaldı ifaçının geyiminə, bu dəfə də Cey Lo sadə tərzdə olub. O, mavi cins və ağ köynək geyinib. Saçlarını toppuz yığan sənətçi gözünə eynək taxıb.
Rodriqez də idman üslübündə görüntülənib. Ağ cinsdə və boz köynəkdə olan beysbolçu qara eynək və qara ayaqqabılara üstünlük verib.