Qadin.NET / Kosmosda hotel açılacaq

Kosmosda hotel açılacaq

Kosmosda hotel açılacaq


Beynəlxalq Kosmik Stansiyada otel açıla bilər. Rusiyanın Kosmik Agentliyi - "Roskosmos" bildirib ki, hazırda bunun mümkünlüyü nəzərdən keçirir.

Bundan ötrü 20 tonluq modul yaratmaq planlaşdırılır. Onun uzunluğu 15 metr olacaq. Turistin ixtiyarına 2 kub metrlik yataq kayutası veriləcək. Kayutada diametri 23 santimetr olan illüminator olacaq.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, bundan başqa, modulda trenajorlar, Wi-Fi və şəxsi gigiyena vasitələri də olacaq. Modulda istirahət guşəsi də yaradılacaq. Oradakı illüminator daha böyük olacaq.

Turist üçün açıq fəzaya çıxmaq şəraiti yaradıla bilər - peşəkar kosmonavtın müşayiəti ilə. Biletin 40 milyon dollar olacağı gözlənir.

Bu kosmik turizm layihəsinin reallaşdırılması üçün 450 milyon dollara qədər vəsait lazımdır. Layihə 2021-ci ildən tez reallaşmayacaq. Gözlənilir ki, o öz xərcini 7 ilə çıxaracaq.

24 dekabr 2017
GO BACK