Argentinada yaşayan Luis Padron adlı gənc oğlan Elflərə (Avropa xalqlarının nağıllarının və fantastik əsərlərinin qəhrəmanları) bənzəmək üçün sərvət xərcləyib.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, 25 yaşlı gənc dəri aydınlatması, qulaq, burun, çənə əməliyyatı və epilya üçün bu günə qədər 60 min dollardan çox pul xərcləyib.
O, tam Elflər kimi olmaq üçün hələ bir neçə dəfə də bıçaq altına uzanacağını bildirib.
Luis sərvət xərcləməkdən əlavə, bəzi əməliyyatlar üçün dünyanı da gəzmək məcburiyyətində qalıb.
Belə ki, Elflərin qulağına sahib olmaq üçün o, əməliyyatı Argentinada etsə də, amma bəzi düzəlişlər üçün İran və Hindistana gedib.