Qadin.NET / 165 əməliyyat keçirən "Canlı Ken"in üzü yandı - FOTO

165 əməliyyat keçirən "Canlı Ken"in üzü yandı - FOTO

165 əməliyyat keçirən "Canlı Ken"in üzü yandı - FOTO


Londonda yaşayan Rodriqo Alves dünyada ən çox əməliyyat etdirən şəxslərdən biri kimi tanınır.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, "Canlı Ken" ("Human Ken Doll") ləqəbi ilə məşhur olan 33 yaşlı Rodriqo sonuncu dəfə Kaliforniyada görüntülənib.

Alış-veriş zamanı kameralara tuş gələn "Canlı Ken"in üzü diqqətdən qaçmayıb. Pilinq zamanı kimyəvi maddənin çox olması ucbatından üzünün yandığını deyən Alves fotoqraflardan onu çəkməməyi xahiş edib. 

Xatırladaq ki, analoji halla Rodriqo daha əvvəl də rastlaşıb. Belə ki, burnunu bir neçə dəfə əməliyyat etdirdiyi üçün çürümə prosesi baş vermiş və burnunda dəlik əmələ gəlmişdi. Uzun müalicələrdən sonra o, yenidən istədiyi buruna sahib olmuşdu.

Qeyd edək ki, Alves bu günədək 57 böyük, 108 kiçik əməliyyatlarına 398 min sterlinq pul xərcləyib.

165 əməliyyat keçirən "Canlı Ken"in üzü yandı - FOTO


23 dekabr 2017
GO BACK