Qadin.NET / Ümrə ziyarətinə gedənlərə şad xəbər - Qiymətlər ucuzlaşdı

Ümrə ziyarətinə gedənlərə şad xəbər - Qiymətlər ucuzlaşdı

Ümrə ziyarətinə gedənlərə şad xəbər - Qiymətlər ucuzlaşdı


Ümrə ziyarətlərinin qiyməti enib.

Milli.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov bildirib ki, Həcc ziyarətindən sonra kiçik Həcc, yəni Ümrə ziyarətinə gedişlər başlayır. Bu ziyarətlərinin qiyməti əvvəlki illərlə müqayisədə xeyli enib.

Bəxtiyar Nəcəfovun sözlərinə görə, noyabr ayının sonundan indiyədək 1 qrup zəvvar artıq Ümrə ziyarətinə gedib. Ziyarət ümumilikdə 9 gün çəkir.

3 il ərzində ikinci dəfə Ümrə və Həcc ziyarətinə gedən zəvvarlar isə Səudiyyə Ərəbistanı Həcc Nazirliyinin yeni qaydasına görə, 535 dollar rüsum ödəməli olacaqlar.

23 dekabr 2017
GO BACK