Qadin.NET / Korluğun müalicəsi üçün preparat istehsal edilib

Korluğun müalicəsi üçün preparat istehsal edilib

Korluğun müalicəsi üçün preparat istehsal edilib


ABŞ-ın Qida Məhsulları və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarət üzrə İdarəsi (FDA) DNT-ni dəyişən və irsi korluğu aradan qaldıran preparatı bəyənərək qəbul edib.

Qadin.Net azərtac-a istinadən bildirir ki, preparat son beş ayda gen terapiyası sahəsində qəbul olunmuş üçüncü dərmandır.

Luxturna adı verilən dərman preparatı görmə qabiliyyətini itirən hər kəsə kömək edir. Korluğun inkişafı bir qayda olaraq, erkən başlanır və uşağın həyatının ilk illərində çətinliklər yaradır və yaşlandıqca əksər hallarda tam korluğa səbəb olur. Onun səbəbi valideynlərdən ötürülən zədəli genlərdir. ABŞ-da orta hesabla min-iki min nəfərə həmin genlərin anadan və atadan mutasiya yolu ilə ötürülməsi müəyyən edilib. Luxturna geni dəyişdirərək onu sağlam genlə əvəz edir və hətta göz nurunu tam itirənlərin də görmə qabiliyyətini bərpa edir.

Gələn il FDA Luxturnaya bənzər preparatların bəyənilmə prosedurunu tez keçməsi və bazara daxil olaraq fayda verməsi üçün xüsusi təlimatlar hazırlayacaq.

Bu il FDA tərəfindən bəyənilərək leykemiya və limfoma ilə mübarizə aparan daha iki gen preparatı buraxılıb.

22 dekabr 2017
GO BACK