Qadin.NET / Pişiklər üçün kənd yaradılır - FOTO

Pişiklər üçün kənd yaradılır - FOTO

Pişiklər üçün kənd yaradılır - FOTO


Türkiyənin şimal-qərbindəki Çanaqqalada pişiklər üçün əlahiddə kənd qurulur.

Milli.Az Hürriyet-ə istinadən bildirir ki, Çanaqqala bələdiyyəsi sahibsiz ev heyvanlarını, xüsusilə də pişikləri ölümdən və xəstəliklərdən qurtarmaq üçün "Kedi köyü" adlı layihəni reallaşdırır.

Esenlər məhəlləsindəki Ahmet Priştina və Barış küçələrinin kəsişməsində 600 kvadrat metrlik ərazi pişiklərin "kənd"inə ayrılıb.

Burada 200 sahibsiz pişik saxlanılacaq.

Pişiklər üçün bunqalo stilində evciklər inşa olunur.

22 dekabr 2017
GO BACK