Ötən gün "Yetənək Sizsiniz" yarışı, bəlkə də, tarixinin ən qeyri-adi iştirakçısını gördü.
Belə ki, isminin Adem Aslan olduğunu bildirən şəxs sehirbazlıqla məşğul olduğunu deyib. Burada diqqətçəkən maraqlı məqam isə başqa bir məsələ olub.
Milli.Az xəbər veirir ki, qoca kişi obrazında səhnəyə çıxan Adəmin maskalandığından nə tamaşaçılar, nə də münsiflər şübhələniblər.
Səhnəyə ayaq basdığı ilk andan obrazından kənara çıxmayan Adəm adlı "ağsaqqal"ın maskalandığı əlinin dərisini gizlətmək üçün taxdığı əlcək və gözünə geydiyi eynəkdən aydın olur.
Hər 3 münsifi göstərdiyi sehrbazlıq şousu ilə heyrətləndirən "qoca" növbəti mərhələyə yüksəlib.