Qadin.NET / “Facebook” like tələb edən səhifələri az göstərəcək

“Facebook” like tələb edən səhifələri az göstərəcək

“Facebook” like tələb edən səhifələri az göstərəcək


"Facebook" sosial şəbəkəsi istifadəçiləri hər hansı yazını, statusu like etməyə, onu paylaşmağa və digər üsullarla yaymağa çağırış edən paylaşımların reytinqini azaldacaq.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "Facebook"un rəsmi açıqlamasında bildirilir.
 
Açıqlamada deyilir ki, şirkət mütəxəssisləri bu cür cəlbetmə taktikasından yararlanan postları müəyyənləşdirən xüsusi alqoritm hazırlayıblar. "Facebook" xəbərdarlıq edib ki, bu cür taktikadan istifadə edən şirkətlər və ya digər publik səhifələrin paylaşımları, statusları xəbər lentində daha az görünəcək və onlar daha az auditoriyanı əhatə edəcək.

21 dekabr 2017
GO BACK