“SplashData” şirkəti hər il olduğu kimi bu il üçün də 100 ən etibarsız parolun siyahısını hazırlayıb. Reytinq cədvəlinə baxanlar dəhşətə gəlir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, reytinq cədvəli 2017-ci ildə hakerlər tərəfindən sındırılan 5 milyon parol əsasında tərtib edilib. Şirkətin 4 il ard-arda tərtib etdiyi reytinq cədvəlində birinci yeri yenə də “123456” rəqəmləri ilə seçilən parollar tutub. Üçüncü yerdə “12345678” kimi istifadə edilən parollar qərarlaşıb.
Şirkət rəsmilərindən Morqan Şleyn deyir ki, ötən illərlə müqayisədə bu il sosial şəbəkə istifadəçiləri məşhur kinofilmlərdən olan obrazların, aktyorların və s. adlarından istifadə etməyiblər:
“Bu sevindirici haldır. Çünki son dövrlərin ən məşhur filmlərindən olan “Starwars” istifadə üçün olduqca lokanik parol idi. Hakerlər də bunu bilir və məhz bu üsullarla axtarış zamanı əksər istifadəçilərin parolunu sındıra bilir”.
Ekspertlər dünyanın ən məşhur parol kombinasiyasının yenidən “123456” olduğunu bəyan ediblər. Araşdırmaya görə, hazırda internet istifadəçilərinin 17 faizindən çoxu “123456” parolundan istifadə edirlər.