Qadin.NET / Oskara namizədlərin adları açıqlandı

Oskara namizədlərin adları açıqlandı

Oskara namizədlərin adları açıqlandı


ABŞ Kinematoqrafiya Sənət və Elm Akademiyası Oskar mükafatı üzrə mübarizə aparacaq filmlərin geniş siyahısını açıqlayıb.

Qadin.Net bildirir ki, Trend-in məlumatına görə, "İlin ən yaxşı filmi" nominasiyası üzrə 341 film təqdim olunub.

Mükafata əsas namizədlər "Möcüzə-qadın", "Ülgüc üzərində qaçış 2049", "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır", eləcə də "Dünkerk" və "Kinqsman: Qızıl üzük" filmləridir.

Oskar mükafatının növbəti təqdimetmə mərasimi 2018-ci ilin martın 4-də Los-Ancelesdə keçiriləcək.

21 dekabr 2017
GO BACK