Qadin.NET / Günün qoroskopu: ailə üzvləri ilə fikir ayrılıqları mümkündür

Günün qoroskopu: ailə üzvləri ilə fikir ayrılıqları mümkündür

Günün qoroskopu: ailə üzvləri ilə fikir ayrılıqları mümkündür


Qoç - Uğursuz gündür. Darıxdırıcı və perspektivsiz işlərə çox vaxt sərf etməli olacaqsınız. Ümid etdiyiniz dəstəyi almayacaqsınız. Ona görə də hətta asan məsələlərin həlli belə çox vaxtınızı aparacaq. Maliyyə itkiləri, uğursuz bazarlıqlar mümkündür. Pul və ya dəyərli əşya itkisi də istisna deyil.

Buğa - İnsanlar öz nöqteyi-nəzərlərini müdafiə etməklə yanaşı, nəzakət qaydalarını da unutmayacaq və opponentlərinə qarşı rəhmli olmağa çalışacaqlar. Pisi isə odur ki, vahid rəyə gəlmək, hamını razı salacaq qərarın qəbulu alınmayacaq. Məhz buna görə də bir çox suallar cavabsız qalacaq.

Əkizlər - Sevgililər boş şeylər üstündə küsüşə bilərlər. Amma onların barışması çox ehtiraslı və həyəcanlı olacaq. Bu gün yaxınlarınız üçün hədiyyələr, o cümlədən, bahalı və nadir əşyalar, əntiq şeylər almaq yaxşıdır.

Xərçəng - Yaşlı nəslin nümayəndələri ilə fikir ayrılıqları mümkündür. Sizin bəzi ifadə və hərəkətləriniz şok yaradacaq, mənfi reaksiya doğuracaq. Çətin vəziyyətdə köməyinizə yumor hissi çatacaq. Məhz bu hiss sizi qarşı cinsin bəzi nümayəndələrinin gözündə cazibədar da edə bilər.

Şir - Bu gün işgüzar aktivlik kifayət qədər aşağı səviyyədə olacaq. Ona görə də bu gün çoxlu sayda yaxşı, amma reallaşmayan fikirlərlə yadda qalacaq. Onları çox uzaq müddətə təxirə salmayın. Bir neçə gün sonra bu planlara nəinki qayıda, həm də onları həyata keçirə bilərsiniz.

Qız - Kifayət qədər uğursuz gündür. Prinsipial yeni nəsə istəsəniz də, bunu harada tapmağın lazım olduğunu təxmin edə bilmirsiniz. Hansısa dəyişiklik təşəbbüsləri uğursuzluqla nəticələnəcək.  Ünsiyyət baxımından olduqca çətin gündür. Əgər sizə elə gəlirsə ki, kimsə sizi ağzınızı açan kimi başa düşür, ehtiyatlı olun: çox güman ki, həmin adam pis nəsə fikirləşir. Günün ikinci yarısında güclü baş ağrıları mümkündür.

Tərəzi - Ailə üzvləri ilə fikir ayrılıqları mümkündür. Maliyyə və mülklə bağlı məsələlərdə vahid rəyə gəlmək olduqca çətindir. Siz puldan həmişəkindən daşa çox sadəlövhlüklə istifadə edirsiniz. Yaxınlarınız sizi qınayacaq və inadla qənaətə çağıracaqlar.

Əqrəb - sizi xoş təsadüflər və maraqlı görüşlərlə tamamlanan uğurlu gün gözləyir. Bu gün tanışlıqlar asanlıqla baş tutacaq, hətta birinci dəfə gördüyünüz adamlarla da dil tapmaqda çətinlik çəkməyəcəksiniz. Prinsipial yeni nəyəsə başlamaq olar. İstənilən işə yaradıcı yanaşma hədəfə daha tez çatmağa yardım edəcək.

Oxatan - Əlverişli gündür. Çətin, birmənalı olmayan və münaqişəli vəziyyətlərin gözlənilməz həlli mümkündür. Sivri bucaqlar asanlıqla hamarlanacaq, fikir ayrılıqları nadir hallarda yaranacaq. Gün təmaslar və birgə fəaliyyət üçün münasibdir. Müstəqil fəaliyyət isə az maraqlı və darıxdırıcı təsir bağışlayacaq.

Oğlaq - Bu gün kifayət qədər sakit keçəcək, heç nə ilə təəccübləndirməyəcək, məyus etməyəcək və sevindirməyəcək. Bürcün nümayəndələri əvvəlcədən qurulmuş plan üzrə hərəkəti davam etdirəcəklər və bu, onlarda pis alınmayacaq. Lakin yeni imkanlar adətən tam dəyərləndirilmiş olmayacaq və istifadə edilməyəcək. Əgər daha çox çeviklik nümayiş etdirsəniz, gün daha maraqlı ola bilər.

Dolça - Təhsilə başlamaq, tədqiqat və ya yaradıcılıq işlərinə girişmək olar. İri bazarlıqlardan çəkinmək məsləhətdir. Amma kiçik və çox bahalı olmayan şeyləri almaq olar. Aktiv istirahət, gəzinti və səfərlər sevinc bəxş edəcək.
 
Balıqlar - Bu gün çoxlu yaxşı şey vəd edir. Daha çox şeyə yetişmək üçün tələsin. Əgər tənbəllik etsəniz, çox az uğurla kifayətlənməli olacaqsınız. İş görüşləri, o cümlədən, işə qəbulla bağlı müsahibələr çox yaxşı keçəcək. Hətta istəyinə uyğun iş tapmaqdan əlini üzən Balıqlar da maraqlı təkliflər alacaqlar.

 

21 dekabr 2017
GO BACK