E-bay online alış-veriş mağazasında 2017-ci ilin ən məşhur brendlərindən olan "İndigo", "Saint Laurent", "Jeffrey Campbell", "Brother Vellies", "Stuart Weitzman" markalarının ayaqqabıları endirimlə satılıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, portal məşhur brendlərin birəbir oxşarı olan uzunboğaz çəkmələri 34,5 dollardan başlayan qiymətlərlə satışa qoyub.
Sözügedən ayaqqabıların orijinalı, məsələn "Saint Laurent" brendi 10 min dollar, "Steve Madden" brendinin üçbucaq dabanlı uzunboğaz botları 300 dollara. Bundan başqa, "Jeffrey Campbell" brendinin ayaqqabıları 260 dollara, "Stuart Weitzman" 550 dollar və "Brother Vellies" brendinin botları isə 1350 dollara satılır.
Xatırladaq ki, 15 dekabrda üzəri kristallarla örtülmüş "Saint Laurent" brendinin çəkmələri 2017-ci ilin ən bahalı ayaqqabılarının reytinq cədvəlində ikinci yerdə qərarlaşıb.