Qadin.NET / Özünübərpa edən şüşə yaradılıb

Özünübərpa edən şüşə yaradılıb

Özünübərpa edən şüşə yaradılıb


Tokio Universitetinin alimləri sındırıldıqdan sonra yenidən möhkəmlənə bilən şüşə yaradıblar.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, alimlər əsas kimi sintetik polimerdən (polikarbonat) istifadə ediblər. Onlardan yaradılan bərk şüşə əvvəlcə iki hissəyə bölünərək sonradan birləşdirilib. Bunun üçün yarıya bölünən şüşə hissələrinin otaqda adi temperaturda birləşməsinə 2 dəqiqə lazım olub. Strukturun tam möhkəmlənməsi və ağırlıqlara dözməsi üçün 1-6 saat gözləmək tələb olunur.

Alimlərin fikrincə, şüşənin özünübərpası bölünmüş polimer molekullarının əvvəlki vəziyyətə qayıtmaq istədiyi hidrogen birləşmələrinin effekti sayəsində baş verir.

Tokio Universitetinin professoru Yusuke Yanaqisavanın sözlərinə görə, belə xüsusiyyətlərə malik şüşələr ekologiya üçün daha zərərsizdir.

 

19 dekabr 2017
GO BACK