Havaların soyuması balıq bazarında aktivliyə səbəb olub. Satıcıların sözlərinə görə, satışda olan balıqların əksəriyyəti çay və dəniz balıqlarıdır. Bəzi hallarda isə göl balıqları da satışa çıxarılır.
Satıcılar deyir ki, bu il balıq məhsulları boldur. Elə buna görə də, ciddi qiymət artımı yoxdur.
Milli.Az bildirir ki, tələbat isə daha çox dəniz və çay balıqlarınadır. Ən çox satılan xanı və kütüm balıqları olsa da süni göllərdə yetişdirilən balıqlarda bu il boldu. Bu balıqlar digərlərinə nisbətən ucuz olsa da, alıcılıq qabiliyyəti xeyli aşağıdı.
Balıqların qiyməti isə çəkisi, növü və hardan tutulmasından asılı olaraq dəyişir.
Satıcılar deyirlər ki, qarşıdakı aylarda da balığın qiymətində hər hansı artımın olacağı gözlənilmir.