Türkiyəli məşhur müğənni Gökhan Türkmen qazancının az olmasından şikayətlənib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Ömür Özdemirin "stənd ap" şousuna qonaq olan sənətçi jurnalistlərin suallarını cavablandırıb.
O, müğənni olduğuna görə peşmançılığını bildirib: "Az qazanıram, o da uşaqlarıma xərclənir. Pop müğənnisi yox, futbolçu olmalıydım".
Qeyd edək ki, Gökhan Türkmen "Büyük insan" mahnısı ilə tanınıb.