Mavi gözlü olmaq istəyən insanlar üçün yenilik kəşf edildi. Əməliyyatsız da gözlərinizin rəngini istədiyiniz rəngə dəyişə bilərsiz.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Kaliforniyanın“Stroma Medical” xəstəxanasının həkimləri səhiyyə sistemində maraqlı işə imza atıblar. Belə ki, statistikaya görə, dünya əhalisinin sadəcə çox az hissəsi rəngli (mavi) gözlərə sahibdir. 89 faiz insanın göz rəngi qonur (açıq, tünd, qarışıq) olaraq qeydə alınıb.
Dünya əhalisinin yarıdan çoxu isə mavi gözlərə sahib olmaq üçün əməliyyatlara məcbur qalır. Gözlərini mavi rəngə çevirmək istəyən şəxslər Kaliforniyada fəaliyyət göstərən “Stroma Medical” xəstəxanasına müraciət edərək 20 saniyə ərzində mavi, yaşıl gözlərə sahib ola bilərlər.
Bu əməliyyat göz rəngini tamamilə maviyə çevirmir. Prosedur ağrısız və xüsusi lazer aparatları ilə həyata keçirilir. Lazer vasitəsilə gözün qüzehli qişasında gözün rəngini tənzimləyən rəng piqmentinin parçaları arasına rəngli piqmentlər yeritməklə göz rəngini dəyişirlər.
Əməliyyatın risk faktorundan danışan xəstəxanaın baş həkimi və oftalmoloq Dauq Deniels bu prosesin heç bir ciddi fəsad vermədiyini bildirir: “Rəngli kontakt linzalar daha təhlükəlidir. Üstəlik, tünd göz rənginə sahib insanların rəngli linza istifadə etməsi heç də estetik görünmür. Onların gigiyenik təmizliyinə riayət etmək, istifadə zamanı buynuz qişanı zədələmək riski olduqca yüksəkdir. Lakin bu prosedur həkim oftalmoloqlar tərəfindən tam təhlükəsiz və gigyenik şəraitdə aparılır".
Həkim qeyd edir ki, sözügedən prosedurun qiyməti 5 min dollardır. Tünd göz rəngini mavi rəngə çevirmək istəyən ilk pasiyentin əməliyyatı isə 2015-ci ildə gerçəkləşdirilib.