Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook-un banisi və sahibi Mark Zukerberq atalıq məzuniyyətindədir.
Qadin.Net bildirir ki, Milli.Az ABC-yə istinadən bildirir ki, Havay arxipelaqındakı Kapaa adasındakı villasında xanımı Prissilla Çen, 2 yaşlı qızı Maks və avqust ayında anadan olmuş qızı Avqustla birlikdə istirahət edən 33 yaşlı M.Zukerberq villasını 2014-cü ildə 100 milyon dollara satın almışdı.
O, villanın qonşuluğundakı malikanələri də satın almağa çalışanda qalmaqal qopmuşdu. Həmin malikanələrin sahibləri M.Zukerberqi ifrat tamahkarlıqda və qanunsuz əməllərə əl atmaq istəyində suçlayandan sonra Facebook-un sahibi niyyətindən əl çəkmişdi.
M.Zukerberq reportyorların suallarını cavablamaq istəməyib. O, atalıq məzuniyyətini nə zaman başa vuracağını, Facebook-un əsas ofisinə dönəcəyi vaxtı da açıqlamayıb.