Qadin.NET / Vətənində əcnəbi sayılan qız: Danışanda şoka düşürlər - FOTO

Vətənində əcnəbi sayılan qız: Danışanda şoka düşürlər - FOTO

Vətənində əcnəbi sayılan qız: Danışanda şoka düşürlər - FOTO


Mavi gözlü, ağ dərili, şabalıdı saçlı Puca Qanatra Hindistanın Mumbay şəhərində doğulub. Onun valideynləri hindusdur.

Lakin zahiri görünüşü Pücanı vətənində, doğma şəhərində özünü az qala əcnəbi sanmağa vadar edir.

Qadin.Net Milli.Az Hindustan Times-a istinadən bildirir ki, 24 yaşlı Pucanın valideynlərinin dediklərinə görə, qız dünyaya gələndə onun sifətində çilləri, dərinin ağ olmasını defekt, qüsur sayırdılar. Fəqət sonradan bəllli olub ki, Pucanın belə görünməsinin səbəbi genetik məsələdir.

Mütəxəssislərinin dediklərinə görə, Puca Qanatranın əcdadları arasında ağdərili, avropalı olduğu üçün qız indi hindusa yox, avropalıya bənzəyir.

"Günlərin birində DNT-lə bağlı testin cavabını almaq, əcdadlarımın, əsl-kökümün kimlər olmasını bilmək istərdim. Bu barədə heç bir məlumatım yoxdur", - Puca Qanatra deyib.

Pucanın atası, 51 yaşlı Raceş və anası, 46 yaşlı Hemaksinin sözlərinə görə, qız tipik ingilis, yaxud uelsli qadına bənzəyir.

P.Qanatra indi Mumbayda toxuculuq şirkətinin sahibəsidir.

"Hindistanda əcnəbilərlə birgə şəkil çəkdirməyi çox sevirlər. Mənə də tez-tez yaxınlaşır, birgə foto çəkdirmək istədiklərini deyirlər. Onlara "Rahat olun, mən də hindusam" söyləyəndə isə şoka düşürlər. ABŞ-da səfərdə olanda isə hava limanındakı gömrük xidmətinin zabitləri hindus olduğuma inana bilmirdilər. Pasportumu iki dəfə yoxladılar, "Doğrudan da, Hindistandan gəlmisiniz?!" soruşdular", - Puca gülərək söyləyib.

Vətənində əcnəbi sayılan qız: Danışanda şoka düşürlər - FOTO

Vətənində əcnəbi sayılan qız: Danışanda şoka düşürlər - FOTO

Vətənində əcnəbi sayılan qız: Danışanda şoka düşürlər - FOTO

Vətənində əcnəbi sayılan qız: Danışanda şoka düşürlər - FOTO


15 dekabr 2017
GO BACK