19 yaşlı Li Fen həşəratları çox sevir. Dediyinə görə, gündəlik rasionunda həşəratlar xüsusi yer tutur.
Milli.Az bildirir ki, Çinin Quandun vilayətindəki Quançjou şəhərində yaşayan Linin sözlərinə görə, hər gün müxtəlif həşaratlardan və qurdlardan yeməklər bişirir.
"Məsələn, əqrəbləri, taxtabitiləri, böcəkləri, ağac qurdlarını çox sevirəm. Onlar bol protein və vitamin mənbələridir. Qızardılmış əqrəblər isə əsl delikatesdir", - Li Fen deyib.