“Victoria’s Secret” şirkətinin keçmiş modeli Adriana Lima “İnstaqram” hesabından iddialı açıqlama verib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, cazibədar model qadın bədənilə bağlı edilən təzyiqlərə cavab olaraq artıq boş yerə soyunmayacağını açıqlayıb.
Türkiyəli yazıçı Metin Har ilə sevgi münasibətlərindən sonra gündəmdən düşməyən 36 yaşlı model mövzu ilə bağlı geniş şəkildə fikirlərini yazıb:
“Qadınlara müəyyən bir vücud ölçüsünün diqtə edilməsi heç də ədalətli deyil. Bu nə fiziki, nə də əqli baxımdan sağlam fikirdir. Mən bu təəssüratı dəyişdirməyə qərar verdim. Bundan sonra vücudumu boş səbəblərlə nümayiş etdirməyəcəm, boş yerə soyunmayacam. Gəlin, dünyanı dəyişdirək”.
Qeyd edək ki, keçən ay təşkil edilən “Victoria’s Secret” dəfiləsində çıxış edən təcrübəli model karyerasına son qoyduğunu açıqlamışdı.